HADİSƏ

Azərbaycan və çeçen nümayəndələri Moskvada görüşdülər – FOTO

Görüşdə Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident müzakirə olunub
Sputnik

BAKI, 19 fevral — Sputnik. Rusiyanın paytaxtı Moskva şəhərində "Prezident hotel"də Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirilib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, görüşdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, diplomatik korpusun əməkdaşları, Azərbaycan diasporunun təmsilçiləri və Çeçenistan Respublikasının Moskvadakı daimi nümayəndəsi Bekxan Taymazaxanov iştirak ediblər.

Azərbaycan və çeçen nümayəndələri Moskvada görüşdülər – FOTO

Görüşdə Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident müzakirə olunub.

"Ölkələrimiz - Rusiya və Azərbaycan, Çeçenistan və Azərbaycan arasında mövcud olan münasibətlər, əməkdaşlıq və dostluq son illərdə baş verən hadisələrlə sübut edilən ənənəvi tarixi əlaqələrdir. Bu onu göstərir ki, bizim dostluğumuzu pozmaq çətindir".

bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu azərbaycanlı və çeçen ağsaqqalların görüşündə deyib.

Azərbaycan və çeçen nümayəndələri Moskvada görüşdülər – FOTO

"Təəssüf ki, münasibətləri pozmağa səy göstərən üçüncü qüvvələr var. Onlar cəhd edirlər, amma biz buna qarşı çıxacağıq və bu qarşıdurma rəhbərlərimizin iradəsinə, xalqlarımızın iradəsinə, çeçen və Azərbaycan xalqlarının təcrübədən keçmiş dostluğuna əsaslanır. Bu günlərdə bu məsələdə iştirak edən və təxribatın miqyasının artmasına imkan verməyən hər kəsə minnətdarlığımı bildirirəm. Bunu edənlər və olayı qızışdıranlar cəzalandırılmalıdır" - deyə səfir bu yaxınlarda Rusiyada azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidenti şərh edərkən bildirib.

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. İnsident zamanı ölən və xəsarət alanlar olub.