HADİSƏ

Masallı rayonunda zəlzələ olub

Ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb
Sputnik

BAKI, 19 fevral - Sputnik. Fevralın 18-də Lənkəran stansiyasından 28 kilometr şimalda, Masallı rayonu ərazisində 3,5 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 23:16-da qeydə alınıb.

Ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.