Qadınları fahişəliyə məcbur edən dəstə üzvləri saxlanılıb

Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri qadınları aldadaraq, onlardan pasportlarını alır və sənəd imzalatdırararq fahişəliyə məcbur edirmiş
Sputnik

BAKI, 18 fevral — Sputnik. Türkiyənin Qayseri rayonunda Azərbaycan, İran və Gürcüstandan qadınları iş vədiylə aldadıb fahişəliyə məcbur edən dəstə zərərsizləşdirilib. 

Fahişəliyə cəlb etmə, oğurluq, narkotik... - İndi də məscidi soyub

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, dəstənin telefonda danışan zaman "əmilər" şifrəsindən istifadə etdikləri müəyyən edilib.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə, 9-u əcnəbi olmaqla 10 qadını fahişəliyə məcbur edib.

Əməliyyat zamanı dəstə üzvlərinin polis üçün "əmilər", qadınlar üçün isə "şəkər" deyə şifrəli danışdıqları müəyyən edilib.

Araşdırma zamanı o məlum olub ki, dəstə üzvləri qadınları aldadaraq onlardan pasportlarını alır və sənəd imzalatdırararq fahişəliyə məcbur edirmişlər.

Əməliyyat zamanı 2 qadın, 3 kişi həbs edilib.