SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezidentlər Suriya məsələsində niyə razılığa gələ bilmirlər - Politoloq şərhi

Politoloq İlqar Vəlizadə deyir ki, tərəflərin Suriya məsələsinə olan yanaşması dəyişilməz olaraq qalır
Sputnik

Soçidə Suriyanın gələcək taleyi, xüsusilə İdlib bölgəsindəki vəziyyət ilə bağlı Rusiya, Türkiyə və İran prezidentlərinin zirvə görüşündə hılı ki ümumi nəticəyə gəlinməyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, görüş tərəflərin Suriya məsələsinə olan yanaşmas ının dəyişilməz olaraq qaldığını göstərdi:

“Hazırda mövqelərdə düzəlişlər edilməsi üçün müzakirələr aparılır və tərəflər çalışır ki, ortaq məxrəcə gəlsinlər. Ziddiyyətlərdən ilki İdlib bölgəsi, digəri isə kürdlərin kompakt yaşadığı ərazilərlə bağlıdır. İdlibdə hər hansı əməliyyat aparılsa burada təkcə terrorçu qruplar deyil, eyni zamanda Suriya hökumətinə qarşı mübarizə aparan müxalif qüvvələr də zərər çəkə bilər. Hərbi əməliyyatların keçirilməsi bölgədə yaşayan insanları zərbə altına salır. Bundan Türkiyə də narahatdır. Çünki Türkiyədə hazırda 3 milyon yarım suriyalı yaşayır. Yeni qaçqın dalğası bu ölkənin maraqlarına cavab vermir. Ona görə də Türkiyəni mövqeyi önəm daşıyır”. 

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz