BAKI, 18 fevral — Sputnik. Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu, Sedrak Koçaryana qarşı ittiham irəli sürülüb. O, pulların yuyulmasında və vergidən yayınmaqda ittiham olunub. Sputnik Ermənistan-ın xəbərinə görə, bunu Sedrak Koçaryan özü deyib.
"Həbs barədə xəbər həqiqətə uyğun deyil. İttiham isə irəli sürüblər. Milli Təhlükəsizlik Xidməti (MTX) yalançı ittiham irəli sürüb pulların yuyulması ilə bağlı. Həm də guya mən vergidən yayınmışam", - Koçaryan bildirib.
Koçaryanın sözlərinə görə, ondan ölkədən çıxmayacağına dair imza alınıb. O, vurğulayıb ki, onu həbs də edə bilərdilər.
Qeyd edək ki, ötən ilin dekabrında NTX rəhbəri Artur Vanetsyan bəyan etmişdi ki, Sedrik Koçaryan "Konqress" mehmanxanasının alınması işi üzrə sorğu-sual edilib.
Həmin vaxt MTX rəhbəri vurğulayıb ki, Sedrak Koçaryan şahid kimi dindirilib.