MƏDƏNİYYƏT

Moda Assosiasiyasının direktoru: Azərbaycanın stilistləri dünyanın ən yaxşılarıdır

Dünya Gözəllik Konqresinin prezidenti, Azərbaycan Moda Assosiasiyasının baş direktoru Zamir Hüseynov deyir ki, bir çox ölkələrdə keçirilən müsabiqəyə böyük media quruluşları dəstək olublar
Sputnik

“Azərbaycan  Dünya Gözəllik Konqresinin (World Beauty Congress) təşkilatçılığı ilə toy saç düzümü və makiyajı üzrə dünya çempionatı, eləcə də Dress of the World (Dünyanın donu) beynəlxalq müsabiqəsindən bir milyondan çox reklam gəliri əldə edib”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Dünya Gözəllik Konqresinin prezidenti, Azərbaycan Moda Assosiasiyasının baş direktoru Zamir Hüseynov deyib.

“Müsabiqə bir çox ölkələrdə keçirilib. Böyük media quruluşları da müsabiqəyə dəstək olublar. Bizim yığma komandamız çox yaxşı çıxış edib. Azərbaycanın Sumqayıt, Neftçala və Lənkərandan olan təmsilçiləri dünya çempionu olublar. Bu da bölgələrdə bacarıqlı ustaların olduğunu göstərir. Bizim bu sahədə məktəbimiz də güclüdür və düşünürük ki, bu böyük uğurdur. Burada diqqət çəkən ən önəmli məqam isə yığma komanda üzvlərinin bir-birinə olan dəstəkləridir. Komanda üzvləri bir-birinin uğurlarına sevinirlər və mənim zənnimcə bu çox önəmli məqamdır” - deyə o bildirib.

Zamir Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz