Yaşı 300 milyon il olan ürək formalı almaz tapılıb - FOTO

Şirkətin idarə heyətinin üzvü Yevgeni Aqureyevin fikrincə, bu formada almazlara nadir halda rast gəlinir.
Sputnik

BAKI, 17 fevral — Sputnik. Yakutiyada Sevgililər Günü ərəfəsində 300 milyon yaşı olan ürək formasında almaz tapıldığı açıqlanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yanvarın 23-də Yakutiyada 65,7 karat çəkisi olan almaz tapılıb.

Yaşı 300 milyon il olan ürək formalı almaz tapılıb - FOTO

"Alrosa" şirkətinin veb saytında qeyd edilir ki, dəyərli daş yüksək keyfiyyət xüsusiyyətlərinə malikdir. Mütəxəssislərin fikrincə, almazın yaşı üç yüz milyon ildən də çoxdur.

Şirkətin idarə heyətinin üzvü Yevgeni Aqureyevin fikrincə, bu formada almazlara nadir halda rast gəlinir.

Onun sözlərinə görə, almazların əksəriyyəti oktaedr formasında və ya xüsusi formasız olur: "Ekspertlər bu qiymətli və gözəl tapıntını hərtərəfli araşdırmalı və qiymətləndirməlidirlər".