BAKI, 17 fevral – Sputnik. Azərbaycanın şimal rayonlarına qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ən aşağı temperatur Quba rayonunun Qırız və Xınalıq kəndində qeydə alınıb.
Ən çox yağıntı isə Xızının Altıağac qəsəbəsinə düşüb. Hazırda Xızının Altıağac qəsəbəsində 8 santimetr qalınlıqda qar var. Quba rayon mərkəzində isə qarın qalınlığı 3 santimetrə çatır.