CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qan qrupu – Bəxti gətirənlər və gətirməyənlər

Qan qrupunuzdan asılı olaraq: I (O), II (A), III (V) və ya IV (AV) – ürək işinin pozulması, xərçəng və digər xəstəliklərə meylli ola bilərsiniz
Sputnik

BAKI, 17 fevral – Sputnik. Biz öz həyat tərzimizi istənilən tərəfə dəyişə bilərik, lakin valideynlərimizdən bizə qalan, mikroskopik maddələrin təyin etdiyi qan qrupumuzu dəyişmək mümkün deyil. Sputnik Azərbaycan e-tibb.az-a istinadla xəbər verir ki, bu substansiyalar immun sisteminə elə tərzdə təsir edir ki, bir neçə yayılmış xəstəliklərin riski arta bilir. Ona görə də, sizin qan qrupunuzdan asılı olaraq: I (O), II (A), III (V) və ya IV (AV) – ürək işinin pozulması, xərçəng və digər xəstəliklərə meylli ola bilərsiniz.

Qan təzyiqinə qarşı dadlı dərman tapılıb

Yaddaş pozğunluğu

“Nevrologiya” jurnalında dərc olunmuş araşdırmada bildirilir ki, IV qan qrupu koqnitiv pozuntular riskini artıra bilər. Bu xüsusən IV qan qrupunun yaşlı daşıyıcılarına aiddir – digərlərindən fərqli olaraq, onlar öyrənmə və yadda saxlamaqla bağlı daha yüksək çətinliklərlə üzləşiblər. “Bizə məlumdur ki, IV qan qrupunda qan laxtalanması səviyyəsinin faktorları qanda zülallarla əlaqədardır”, - bunu Vermont Universitetinin patologiya və tibb üzrə professoru, araşdırmanın müəlliflərindən olan Meri Kuşman deyib.

Mədə xərçəngi

IV qan qrupunun daşıyıcıları üçün pis xəbərlərimiz hələ bitməyib. Belə ki, bu qan qrupunun daşıyıcılarında mədə xərçənginə yoluxma ehtimalı, I və III qan qruplarının daşıyıcıları ilə müqayisədə 26% çoxdur. II qan qrupunun daşıyıcılarında bu risk 20% yüksəkdir. İsveçli epidemioloq, professor Qustav Edrgen bu məsələdə Helicobacter pylori bakteriyasının (mədənin və onikibarmaq bağırsağın müxtəlif nahiyələrinin selikli qişasında aşkar olunmuş spiralşəkilli, qram-mənfi patogen bakteriya)  təsiri olduğu qənaətindədir.

Aksiya davam edir: 2,5 min litr qan götürülüb

Mədə xorası

II və IV qan qruplarının daşıyıcılarında mədə xərçənginə səbəb olan eyni bakteriya, həmin qruplardan olan insanlarda, mədə xorasının səbəbi ola bilər. Professorun araşdırmasında deyilir ki, bu qan qrupu orqanizmin bakteriyaya olan immunoloji reaksiyasını modifikasiya edir, lakin məhz necə etməsi bilinmir.

Ürək xəstəliyi

I qan qrupunun daşıyıcıları öz genlərinə minnətdar olmalıdırlar. I qan qrupunun daşıyıcılarında ürək xəstəlikləri riski, digər qan qrupları ilə müqayisədə 23% daha aşağıdır. Bu haqda Harvard Tibb və Səhiyyə məktəbindən bildirilib. III və IV qan qruplarında bu risk daha yüksəkdir. Alimlər deyir ki, qismən bu meylin qan qruplarının iltihabı proseslərin səviyyəsinə təsiri ilə izah olunur.

Qan qrupunun insan həyatına 7 mühüm təsiri

Mədəaltı vəzin xərçəngi

I qan qrupunun daşıyıcılarında mədəaltı vəzinin xərçəngi inkişafının riski, digər qan qrupları ilə müqayisədə 37% daha azdır. Xərçəngin öyrənilməsi üzrə Milli İnstitutunun jurnalında yayımlanan tədqiqatda belə deyilir. Araşdırmanın müəllifləri bağırsaq bakteriyası - Helicobacter pylorini xərçəngin mümkün səbəbkarı kimi göstərərkən, I qan qrupunda aid olmadığını qeyd edirlər.

Bəs nə etməli?

Hərçənd qan qrupları bu və ya digər xəstəliklərin inkişafı riskini təyin etməyə imkan versə də, onların təsir dərəcəsini sona kimi təyin etmək olmur. “Ən yaxşı məsləhət – sağlam həyat tərzi sürməkdir”, - deyir professor M. Kuşman. O düzgün qidalanmağı, müntəzəm şəkildə idmanla məşğul olmağı məsləhət görür. Belə ki, yalnız bu şəkildə narahatlıqlara təsir göstərmək mümkündür. Bundan başqa, əgər sizdə ürək xəstəlikləri və yaddaşın pisləşməsi ilə bağlı narahatlıqlar varsa, həkimə müraciət etməklə xəstəliyinizi təyin edə bilərsiniz.