Ramzan Kadırov Azərbaycan və azərbaycanlılar barədə

"Moskvada Qafqaz millətlərinin nümayəndələri arasında nifaq salmaq istəyən müəyyən kriminal qüvvələr var"
Sputnik

BAKI, 17 fevral – Sputnik. “Heç bir təxribat və münasibətlərin aydınlaşdırılması Çeçenistanla Azərbaycan arasındakı qardaş münasibətləri poza bilməz”.

Tələbələr arasında qanlı toqquşma: II kursda oxuyan gənc öldürüldü

Çeçnyatoday.com” saytının məlumatına görə, belə bir bəyanatla Rusiya Federasiyasının Çeçenistan Respublikasının milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov Çeçenistan rəhbəri Ramzan Kadırovun adından çıxış edib.

O qeyd edib ki, Moskvada Qafqaz millətlərinin nümayəndələri arasında nifaq salmaq istəyən müəyyən kriminal qüvvələr var.

Umarov hazırda sosial şəbəkələrdə yayılan müəyyən təxribat xarakterli məlumatlara uymamağa, habelə Çeçenistanla Azərbaycanın nüfuzlu siyasətçilərinin sözlərinə diqqətlə yanaşmağa çağırıb. 

Xatırladaq ki, fevralın 14-də Moskvada kafelərin birində çeçenlərlə azərbaycanlılar arasında insident olub. Polis davada iştirak edən 18 nəfəri saxlayıb.