Doxsan yeddi yaşlı qadın podiuma çıxacaq

Ayris Apfel:  “Gözləməzdim ki, həyatım belə dəyişəcək”
Sputnik

BAKI, 17 fevral — Sputnik.  ABŞ-da 97 yaşlı qadın hər kəsi heyrətləndirə bilib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Ayris Apfel model agentliklərindən biri ilə müqavilə bağlayıb. Qadın bu yaşına kimi dizayner işləyib və kolleksiyaçı olub. Bundan sonra isə podiuma da çıxacaq. O, dəb ikonası olduğu üçün çox sevinir.

“Gözləməzdim ki, həyatım belə dəyişəcək. Hər şey birdən baş verdi. Kimin ağlına gələrdi ki, 97 yaşlı qadın podiuma çıxacaq? Bütün həyatım boyu hər kəsə dəfələrlə sübut elədim ki, yaş əsas deyil” – deyə yaşlı qadın bildirib.