ABŞ-da insanlar girov götürüldü – 4 ölü

Polis "əməliyyatın yekunlaşmasından bir neçə saat əvvəl" uşaqları azad edə bilib
Sputnik

BAKI, 17 fevral – Sputnik. Amerikanın Missisipi ştatında dinc sakinlər girov götürülən zaman 4 nəfər ölüb.

ABŞ-da növbəti dram: 5 nəfər öldürüldü, xeyli yaralı var

Sputnik AzərbaycanRİA Novostiyə istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Fox8" telekanalı məlumat yayıb.

Hadisə şənbə günü Klinton şəhərində baş verib. Naməlum şəxs 12 saat ərzində yaşayış evində insanları girov saxlayıb.

Yerli hakimiyyət orqanları bildiriblər ki, evdə bir ailənin üzvləri olub, lakin onların dəqiq sayı hələ məlum deyil. Polis "əməliyyatın yekunlaşmasından bir neçə saat əvvəl" uşaqları azad edə bilib.

Hadisə zamanı 4 nəfər öldürülüb. Polisdən xəsarət alan olmayıb. Şübhəli şəxs saxlanılıb.

Hadisənin səbəbləri araşdırılır.