Yaşlı qadın ad günündə sürprizlə qarşılaşıb

Doll bayramın bəyəndiyini etiraf edib və deyib ki, növbəti ad günlərini də belə keçimək istəyir.
Sputnik

BAKI, 15 fevral — Sputnik. Britaniyalı yaşlı qadın yüz illiyini stiriptizçilərlə keçirib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Britaniyada qadın öz yüzilliyini orjinal şəkildə qeyd edib. Mərasimə təşkilatçılar tərəfindən iki stiriptizçi dəvət edilib.

Qeyd edək ki, yaşlı qadın Doll Cenkins Esseks qraflığında qocalar evində yaşayır.

Yaşlı qadının keçən həftə keçirilən ad gününə ət piroqları, buterbordlar, peçenye hazırlanıb. Bununla yanaşı onun otağı şarlarla bəzədilib.

Stiriptizçilər isə qadın üçün rəqs edib. Qocalar evinin əməkdaşlaırnın sözlərinə görə, əvvəlcə Doll utansa da, sonradan şənlənməyə başlayıb.

"Stiriptizçilər gələndə biz qonaq otağında idik. Nənə əvvəlcə çaşqınlıq yaşasa da, sonra hamı ilə ilə birlikdə zarafat etdi, hətta onları öpdü də. O qəlbən cavan qalıb. Elə bir gün olmayıb ki, o gülümsəməsin" - qocalar evinin işçilərindən biri deyib.

Doll bayramın bəyəndiyini etiraf edib və deyib ki, növbəti ad günlərini də belə keçimək istəyir.