Ərdoğan Suriyada üçlü əməliyyat anonsunu verdi

Türkiyə və Rusiya hərbçiləri regionda terror qruplaşmaları ilə mübarizədə intensiv işlər aparırlar
Sputnik

BAKI, 16 fevral — Sputnik. Rusiya, Türkiyə və İran Suriyanın İdlib vilayətində radikal qruplaşmalara qarşı birgə əməliyyatlar keçir bilər. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan və Trampın kritik Suriya müzakirəsi

"Birgə əməliyyatlar (Rusiya Federasiyası və İranla) hadisələrin inkişafına uyğun olaraq istənilən vaxt keçirilə bilər. Bunun üçün heç bir maneə yoxdur. Bizim üçün İdlib sakinlərinin təhlükəsizliyi önəmlidir" - deyə Ərdoğan qeyd edib.

O, vurğulayıb ki, Türkiyə və Rusiya hərbçiləri İdlib üzrə memorandumun reallaşdırılması və bu regionda terror qruplaşmaları ilə mübarizədə intensiv işlər aparırlar

Qeyd edək ki, Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani fevralın 14-də Soçidə Suriya üzrə keçiriləcək sammitdə İdlibdəki vəziyyəti, siyasi prosesi və Birləşmiş Ştatların öz qoşunlarını Suriya ərazisindən çıxarmasını müzakirə edib. Görüşdə, həmçinin Suriyaya humanitar yardım göstərilməsi məsələsi də diqqətdə olub.