Sosial şəbəkələrdə insanlar belə aldadılır

Bu hal "TikTok" adlı video paylaşım məkanında başlayıb, sonra digər sosial şəbəkələrə yayılıb
Sputnik

BAKI, 16 fevral — Sputnik. Bəzi sosial media istifadəçiləri onları izləyənləri aldadırmış. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar plastik qablarla möhtəşəm səyahət şəkilləri çəkib izləyicilərini aldadırlar. Plastik qabların köməyi ilə sosial şəbəkələrdə "saxta səyahət imici" yaradanların sayı durmadan artır. Yaradılan şəkillər sanki təyyarə göyərtəsində çəkilib.

Bu hal "TikTok" adlı video paylaşım məkanında başlayıb, sonra digər sosial şəbəkələrə yayılıb.

Digər izləyicilər bu görüntülərin saxta olduğunu görəndə çox təəccübləniblər.