CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölüm saçan qidaların adları açıqlandı – Uzaq durun

Qənd və şəkər tozu ən ziyanlı maddələr siyahısında liderdir
Sputnik

BAKI, 16 fevral — Sputnik. Siqaretin insan orqanizmi üçün zərərli olduğunu hamı bilir. Amma heç kim bilmir ki, siqaret qədər zərərli olan başqa qidalar da var.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, siqaret qədər zərərli olan konservant qidalar da var ki, bunlardan uzaq olmaq lazımdır. Belə ki, həmin qidalar xərçəng xəstəliyinə səbəb olur.

Kolbasa məhsulları bu cür ziyanlı maddələrlə zəngin qidalar arasında birinci gəlir. Palma yağı da ən zərərli qidalardandır. Belə ki, siçanlar üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, bu yağ xərçəng hüceyrələrini 8-12 dəfə daha sürətli inkişaf etməsinə kömək edir. Qənd və şəkər tozu da ən ziyanlı maddələr siyahısında liderdir.