HADİSƏ

Avtobus 25 yaşlı gənc qızı vurub öldürdü

Gənc qızın İsmayıllı rayon mərkəzi xəstəxanasında işlədiyi bildirilir
Sputnik

BAKI, 16 fevral — Sputnik. İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, İsmayıllının mərkəzində şəhər daxili işləyən avtobus piyadanı vurub. Gənc qadın hadisə yerində ölüb. Qəzada ölən 1994-cü il təvəllüdlü İsmayıllı şəhər sakini, Bağıyeva Nərgiz Asif qızıdır. Gənc qızın İsmayıllı rayon mərkəzi xəstəxanasında operator işlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Avtobus 25 yaşlı gənc qızı vurub öldürdü