BAKI, 16 fevral — Sputnik. Birləşmiş Ştatlar Əfqanıstanda hərbçilərinin sayını təxminən 1000 nəfərə qədər azaldacaq. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların quru qoşunlarının komandanı Cozef Votela bildirib.
Qeyd olunur ki, qərar yeni ordu generalı Skot Millerin tətbiq etdiyi effektivliyin artırılması siyasəti ilə bağlıdır. Məlumata əsasən, buna qədər ABŞ-ın Əfqanıstanda hərbi mövcudluğunun azaldılmasını əksinə dayandırmaq və ya ləngitmək istəyirlər.
Hazırda Əfqanıstanda 14 minə yaxın ABŞ hərbçisi var.