CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni möhtəşəm müsabiqəyə start verilir

İlk seçim turu fevralın 23-də Passage 1901-də baş tutacaq
Sputnik

BAKI, 15 fevral — Sputnik. Milli model müsabiqəsi olan Miss & Mister Grand Azerbaijan ikinci mövsümə başlayır.

Sputnik Azərbaycan xəbər verir ki, Miss & Mister Grand Azerbaijan 2019-a start verilir.

Yeni möhtəşəm müsabiqəyə start verilir

Məlumata görə, ilk seçim turu fevralın 23-də gözəl və kreativ məkan Passage 1901-də baş tutacaq. Kastinq üçün qeydiyyat 12:00-dan 14:00-a qədər davam edəcək. Finalçı olmaq istəyən iştirakçıların qeydiyyatı başa çatdıqdan sonra kastinqə start veriləcək.

Müsabiqədə iştirak üçün tələb olunan əsas meyarlar:

1. Xanımlar: minimal boy 1.65 (dabanlı ayaqqabısız), bəylər: minimal boy 1.80

2. Düzgün qamət və model tipajı

3. Kreativ geyim tərzi

4. Model sahəsində olan hər hansı təcrübəyə sahib olmaq

5. Səlist danışıq qabiliyyəti və dünyagörüşü

6. Komplekssiz olmaq və özünə inam

Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi və 10 AZN iştirak haqqı tələb olunur.

Qeyd edək ki, seçim turlarından 20 xanım və 20 bəy iştirakçı birbaşa finalçı adını qazanacaqlar.

Yeni möhtəşəm müsabiqəyə start verilir

Müsabiqənin rəsmi açılış mərhələsi mart ayında doğma Bakımızın əvəzolunmaz məkanı Enerji Club-da, möhtəşəm final mərhələsi isə ecazkar məkan Elektra Events Hall-da baş tutacaq.

Ünvan: Nigar Rafibəyli 20, Mərkəzi univermaq ilə üzbəüz.

Sputnik Azərbaycan Miss & Mister Grand Azerbaijan-ın informasiya tərəfdaşıdır.