Marketdən sendviç oğurlayan millət vəkili istefa verdi

"Elədiklərimə görə peşmanam"
Sputnik

BAKI, 15 fevral — Sputnik. Marketdən sendviç oğurlayan slovenyalı millət vəkili Darij Krajkik istefa verib. O, əməlini belə izah edib: "Market işçiləri müştəriyə qarşı çox laqeyd davranırdılar. Sendviç alaraq kassaya yaxınlaşmışdım. Lakin onlar mən yoxmuşam kimi davrandılar. Ona görə mən də mağazanın təhlükəsizlik sistemini və nəzarətini yoxlamaq üçün belə addım ataraq kiçik sınaq keçirdim. Lakin elədiklərimə görə peşmanam".

Marketdən sendviç oğurlayan millət vəkili istefa verdi

Aldığı məhsulun pulunu ödəmədən marketdən çıxan millət vəkilinin bu addımı isə parlament üzvləri tərəfindən öncə zarafat kimi qarşılansa da, nəticə ağır olub. Təmsil etdiyi partiya tərəfindən bu əməl qəbul edilmədiyindən millət vəkili istefa verib.