HADİSƏ

Şamaxıda yenidən vulkan püskürüb

Bu, son günlər baş verən növbəti təbii hadisədir
Sputnik

BAKI, 15 fevral - Sputnik. Şamaxıda yenidən vulkan püskürüb.

"Report"un xəbərinə görə, təbiət hadisəsi rayonun Kiçik Xınıslı kəndində baş verib.

Qeyd edək ki, bu, son günlər baş verən növbəti təbii hadisədir. Belə ki, fevralın 13-də də Şamaxı rayonunda vulkan püskürüb.

Təbii hadisə rayonun Quşçu kəndində qeydə alınmışdı.