CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Dünya hasilat sektorundan İT sahəsinə keçir"

Ekspert: "Bir çox ölkələrdə bunun üçün dövlət proqramları qəbul edilir"
Sputnik

BAKI, 15 fevral — Sputnik. Azərbaycan iqtisadiyyatının əsas gücü informasiya texnologiyalarına (İT) deyil, digər sahələrə yönəldilir. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə İT mütəxəsisi Vahid Qasımov deyib.

O bildirib ki, dünya iqtisadiyyatı zamanla müxtəlif inkişaf mərhələləri keçir: "İnkişaf etmiş ölkələr artıq başqa mərhələyə keçib. Onlar hasilat, satış və istehsala deyil, intelektual informasiya texnologiyalarının inkişaf etdirilməsinə çalışırlar".

"Bir çox ölkələrdə bunun üçün dövlət proqramları qəbul edilir. Bizdə də belə addımlar atıla bilər. Ümumilikdə internet texnologiyalarının inkişafı baxımından bizdə vəziyyət pis deyil" - ekspert vurğulayıb.