RUSİYA

Sevgilisini görmək üçün yük maşınını qaçırdı

Polis qaçırılmış avtomobili "Don" M4 yolunda saxlamağa müvəffəq olub
Sputnik

BAKI, 15 fevral — Sputnik. Krasnodarda gənc kişi ətrafın təmizlənməsi ilə məşğul oaln şəhər müəssisəsinin işçilərinin avtobus dayanacağında bir neçə dəqiqəliyinə saxladığı "Qazel" yük maşınını qaçırıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, polis qaçırılmış avtomobili "Don" M4 yolunda saxlamağa müvəffəq olub. 

"O Labinsk şəhərində yaşayan sevgilisinin yanına getməyi düşünsə də, səhv edib və əks istiqamətə gedib" - Daxili İşlər Nazirliyinin şəhər şöbəsindən bildirilib.