SƏHİYYƏ

Cinsi istəksizliyə səbəb nədir?

Cinsi istəksilzik yaranma səbəblərinə görə fərqli olur
Sputnik

 

BAKI, 15 fevral — Sputnik. Cinsi istəksizliyin ancaq qadınlarda olduğu deyilir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmalara görə, müəyyən edilib ki, hər 5 kişidən biri cinsi istəksizlik problemi yaşayır.

Qadınların və ya kişilərin cinsi istəksizliyinə səbəb nədir?

Danimarkada seks işçilərinə də təqaüd ayrılacaq

Cinsi istəksizliyi çox zaman yaşla bağlı bir vəziyyət kimi qəbul etsələr də bu problem gənc yaşlarında da özünü göstərir.

Problem həm qadınlarda, həm də kişilərdə psxioloji və ya fiziki səbəblərlə ortaya çıxa bilər. Bu gün insanların 20 faizi cinsi istəksizlikdən əziyyət çəkir.

Cinsi istəksilzik yaranma səbəblərinə görə fərqli olur.

Bu yeniyetməlik dövründən cinsi istəklərin olmaması və ya sonradan yaranmış problem kimi özünü büruzə edir.

Bəzən cinsi istəksizliyə səbəb stresli iş həyatı, şəxsi həyatında problem və s. ola bilər. Bu cinsi istəksizlik müvəqqəti olur.

Kişilərdə cinsi istəksizlik daha çox psixoloji probemlər nəticəsində meydana çıxır.

Cinsi istəksizliyə fiziki problemlər də - siqaret və narkotik asılılığı, artıq çəki, şəkər xəstəliyi, alkoqollu içkilərdən həddən artıq istifadə, antidepressant dərmanlar, hormonal dəyişikliklər, böyrək, qaraciyər və ya ürək çatışmazlığı, nevroloji xəstəliklər, xroniki xəstəliklər, uroloji əməliyyatlar və yaş faktoru da səbəb ola bilər.

Axı SSRİ-də də seks olub! Sovet dövrünün göz oxşayan plakatları

Kişilərdə və qadınlarda psixoloji cinsi istəksizliyə depressiya, evlilik problemləri, aldatma və aldadılma, güclü stress, maddi problemlər, həyat yoldaşınıı razı sala bilməmək qorxusu, bədənindən narazılıq, uşaq yaşlarında yaşanmılan cinsi travmalar və s. səbəb ola bilər. Qadınlarda cinsi istəksizliyin 1 faizi fiziki, 99 faizi isə psixoloji səbəblərdən qaynaqlanır.

Qadınlarda cinsi istəksizliyə səbəb olan fiziki faktorlar, yaşlanma və menapauza, qəbul edilən dərmanlar, alkoqolizm, trioid xəstəlikləri, xroniki xəstəliklər, hormonal pozuntular, əlaəq zamanı ağrı, genital orqanlarda iltihablanma, vaginal quruluq və s. səbəb ola bilər.