CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı sakinlərinə xüsusi xidmət göstəriləcək

Sakinlər 20 növ xidmətdən yararlana bilərlər
Sputnik

BAKI, 14 fevral — Sputnik. 14-28 fevral 2019-cu il tarixində Səyyar ASAN xidmət çərçivəsində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Bakı şəhərinin Səbail rayonunda səyyar formada xidmətlər həyata keçiriləcək.

DİN səlahiyyətlərinin “ASAN Xidmət”ə verilməsinə aydınlıq gətirdi

"ASAN xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə "ASAN Kommunal" standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək.

Vətəndaşlar bu çərçivədə itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə, 20 növ xidmətdən yararlana bilərlər.