BAKI, 14 fevral — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin Moskvanın Smolensk-Sennoy meydanında yerləşən binasında diplomat Oleq Krivovun meyiti tapılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Nazirliyin əməkdaşı bildirib.
Hələlik hadisənin təfərrüatları açıqlanmır.
"Nekroloq daha sonra yayılacaq" - deyə məlumatda deyilir.