QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Məmmədyarov da, Mnatsakanyan da Münhenə gedir, lakin görüş barədə ziddiyyətlər var

Azərbaycan XİN-dən Elmar Məmmədyarovun Münhen Təhlükəsizlik Konfransında iştirakını təsdiqlənsə də, onlarda erməni həmkarı ilə görüşünə dair məlumatın olmadığı qeyd edilib
Sputnik

BAKI, 14 fevral — Sputnik. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan 15-17 fevral tarixlərində Münhenə səfər edəcək və orada hər il keçirilən təhlükəsizlik üzrə konfransda iştirak edəcək. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

ATƏT cəbhə xəttində monitorinq keçirib

Məlumatda qeyd olunur ki, konfrans çərçivəsində Mnatsakanyanın digər ölkələrdən olan XİN rəhbərləri ilə görüşü planlaşdırılır. Nəşr qeyd edir ki, bəzi KİV-lər Münhendə Zöhrab Mnatsakanyanın azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşünün də planlaşdırıldığını yazır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Sputnik Azərbaycan-a açıqlamasında Elmar Məmmədyarovun Münhen Təhlükəsizlik Konfransında iştirakını təsdiqləsə də, onlarda erməni həmkarı ilə görüşünə dair məlumatın olmadığını qeyd edib.