İQTİSADİYYAT

Manat xarici valyutalar qarşısında dəyər qazandı

Avronun məzənnəsi 0,49% geriləyərək 1,9176 manat olub
Sputnik

BAKI, 14 fevral - Sputnik. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi 0,49% geriləyərək 1,9176 manat, Rusiya rublunun məzənnəsi 0,78% geriləyərək  0,0256 manat təşkil edib. Bir gürcü larisi 0.6445, 100 İran rialı 0.0040, 1 Türk lirəsi 0.3214 manatdır. 

Qeyd edək ki, Mərkəzi Bankın dünənə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi 1,7000, avronun məzənnəsi  1,9271, Rusiya rublunun məzənnəsi isə 0,0258 manat təşkil edib. Bir gürcü larisi 0.6433, 100 İran rialı 0.0040, 1 Türk lirəsi 0.3241 manat olub.