BAKI, 14 fevral – Sputnik. Çərşənbə günü Şimali Makedoniya Respublikasında avtobusun iştirakı ilə baş verən qəza nəticəsində azı 13 nəfər ölüb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Venko Filipçeyə istinadən "Franc-Press" məlumat yayıb.
Bolqarıstanın "Focus" agentliyi yerli televiziyaya istinadən xəbər verir ki, təqribən 20 nəfər xəstəxanalara yerləşdirilib.
İlkin məlumata görə, avtobus Skopye şəhəri yaxınlığında çevrilib.