İQTİSADİYYAT

Professor: “Hökumət islahatların zəruri olduğunu qəbul edir”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, islahatlar yaxın perspektivdə həllini tapmalıdır
Sputnik

"2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır. Bu da təbiidir. Çünki ötən il keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı mənə bir daha böyük etimad göstərib və mən bu seçkilərə islahatlar gündəliyi ilə getmişəm. Təbii ki, keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi". Bu fikirləri Prezident İlham Əliyev Real televiziyasına müsahibəsində deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, ölkədə həyata keçrilən struktur islahatları xarici iqtisadi şoklarla bağlıdır:

“Dünya bazarında neftin qiymətinin enməsindən sonra iqtisadiyyatda şaxələndirmə prosesinin zəifləməsinin şahidi olduq. Bundan sonra ciddi institusional və struktur islahatlarına başlandı. 2016-2017-ci illərdə neft qiymətlərində müşahidə olunan müsbət templər bəzi dövlət qurumlarında sakitlik yaratdı. Həmin vaxt bəzi dövlət qurumlarının fəaliyyətinin effektsizliyinin şahidi olduq. Hökumət iqtisadi islahatların keçirilməsinin zəruri olduğunu qəbul edir və bu islahatlar yaxın perspektivdə həllini tapmalıdır. Düşünürəm ki, struktur islahatları daha ardıcıl formatda və intensiv şəkildə davam etdirilməlidir”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz