MƏDƏNİYYƏT

Türkiyə və Azərbaycanda milyonların sevimlisinə çevrilmiş insan dünyasını dəyişib

Onun uzun müddətdir qırtlaq xərçəngindən əziyyət çəkdiyi deyilir
Sputnik

BAKI, 13 fevral — Sputnik. Türkiyə aşıq şeirinin nümayəndələrindən biri, Azərbaycanda "Ya Qarabağ, ya ölüm" şeiri ilə məşhurlaşan Ozan Arif dünyasını dəyişib.

Türkiyə və Azərbaycanda milyonların sevimlisinə çevrilmiş insan dünyasını dəyişib

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ozan Arif Samsun Ondokuz Mayıs Universiteti Tibb Fakültəsi Xəstəxanasında saat 4:50–də dünyasını dəyişib. Onun uzun müddətdir qırtlaq xərçəngindən əziyyət çəkdiyi deyilir. 

Qeyd edək ki, Ozan Arif 1949-cu ildə iyunun 10-da Girəsunun Alurca rayonun Yüksələn kəndində anadan olub. İlk və orta məktəbi Samsunda bitirib, 1970-ci ildən müəllim və məktəb direktoru vəzifələrində işləyib.

Bir müddət Almaniyada yaşayan Ozan Arif türkülərində Türk milliyətçiliyi sevgisini açıq şəkildə ifadə edən aşıq olub.