İstanbulda fırtına başlayır

Fırtınanın cümə günü günorta saatlarına qədər davam edəcəyi proqnozlaşdırılır
Sputnik

BAKI, 13 fevral — Sputnik. Bu gün İstanbulda fırtına olacaq. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə meteorologiya idarəsinin məlumatında deyilir.

Məlumata görə, hazırkı saatlarda Ege bölgəsində, axşam saatlarında isə Mərmərə bölgəsində yağış yağacaq, fırtına olacaq. Eyni zamanda Antalya və Muğlada da fırtına gözlənilir.

Fırtınanın cümə günü günorta saatlarına qədər davam edəcəyi proqnozlaşdırılır.

Mərmərə dənizində hava şəraitinin pis olması ilə bağlı İstanbul Dəniz Avtobuslarının bəzi səfərləri təxirə salınıb.