Erməni fəhlələr qiyam qaldırdı – Gürcüstana gedən dəmir yolu bağlandı

500 milyon dollar həcmində kredit ödənilmədiyi üçün zavod bankın mülkiyyətinə keçib
Sputnik

BAKI, 13 fevral — Sputnik. Ermənistanın Alaverdi rayonundakı misəritmə zavodunun əməkdaşları fevralın 13-də Ermənistan-Gürcüstan dəmiryolunu bağlayıblar. Sputnik Ermənistan xəbər verir ki, onlar zavodun gələcək fəaliyyətinə aydınlıq gətirilməsinin tələb ediblər.

Məlumata əsasən fəhlələr, Baş nazir Nikol Paşinyanın (yaxud bu sahəyə məsul olan Baş nazirin müavini), Valleks" şirkətinin rəhbəri Valeri Meclumyan və zavodun keçmiş sahibi "VTB" Bankının nümayəndəsinin iştirakı ilə üçtərəfli danışıqların keçirilməsini tələb ediblər.

Alaverdi misəritmə zavodu 2018-ci il oktyabrın 19-da fəaliyyətini dayandırıb. Bundan əlavə, zavodun "VTB" bankında borcu var. 500 milyon dollar həcmində kredit ödənilmədiyi üçün zavod bankın mülkiyyətinə keçib.