SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Maduro təklənir – Çin Venesuela müxalifəti ilə danışıqlara başladı

Çinin xarici işlər nazirliyi məsələni şərh etməkdən imtina edib
Sputnik

BAKI, 13 fevral — Sputnik. Çin Venesuelada olan müxalifətlə əlaqələr qurmağa başlayıb. Bu barədə Sputnik Azərbaycan "The Wall Street Journal"-a istinadən xəbər verir. 

Çindən bütün ölkələrə Venesuela təklifi

Nəşrin məlumatına görə, rəsmi Pekin Bolivar Respublikasına olan investisiyalarının taleyindən narahatdır və özünü prezident elan edən Xuan Quaydonun düşərgəsi ilə vəziyyəti müzakirə etmək üçün diplomatlarını göndərib. Qeyd olunur ki, Çin Venesuela iqtisadiyyatına təxminən, 20 milyard dollar dəyərində investisiya yatırıb. 

Nəşrin rəylərini soruşduğu ekspertlər iddia edirlər ki, Çin bu ölkədə hakimiyyətin dəyişməsi riskini anlayır və Karakasda yeni hökumət üçün "pis tərəf"də olmaq istəmir. Analitiklərdən biri vurğulayıb ki, Pekinin sabitliyin lehinə çıxış etməsinə baxmayaraq, onlar anlayırlar ki, yumurtaları müxtəlif zənbillərə qoymağın vaxtı çatıb.

Çinin Xarici İşlər Nazirliyi məsələni şərh etməkdən imtina edib.

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Yanvarın 26-ı Almaniya, Fransa, İspaniya, daha sonra Böyük Britaniya və Niderland 8 gün ərzində Venesuelada yeni seçkilər keçirilməcəyi təqdirdə Quaydonu müvəqqəti prezident kimi tanıyacaqlarına söz verib.

Fevralın biri Quaydo bəyan edib ki, Venesuelada hakimiyyət dəyişikliyi bu ölkənin ən böyük kreditorları olan Çin və Rusiyanın da xeyrindədir. Onun fikrincə Bolivar Respublikasının qanuni prezidenti Nikolas Maduro heç kimin maraqlarını qoruya bilmək iqtidarında deyil.