BAKI, 13 fevral — Sputnik. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli fevralın 13-də Rusiyanın paytaxtı Moskvaya səfərə gedir.
Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Millət vəkili Rusiya Dövlət Duması tərəfindən təşkil edilmiş "Azərbaycan-Rusiya mədəniyyət körpüləri " mövzusunda keçiriləcək "dəyərmi masa"ya qatılacaq, mövzu ilə əlaqədar çıxış edəcək.
Tədbirdə iki ölkə arasında mədəni dialoq, incəsənətin inkişafı, kinematoqrafiya, teatr, muzeylər, habelə təhsil sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq. Səfər fevralın 14-də başa çatacaq.