Artıq dünyada bu adda dövlət olmayacaq

"Regionda sülh və sabitlik, Şimali Makedoniya ilə dostluq və əməkdaşlıq dövrü başlayır"
Sputnik

BAKI, 13 fevral — Sputnik. Bu gündən Makedoniya Respublikasının adının dəyişdirilib Şimali Makedoniya olmasına dair razılaşma qüvvəyə minir. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Yunan baş nazir türklərə Azərbaycanın nəhəng layihəsindən danışdı

"Regionda sülh və sabitlik, Şimali Makedoniya ilə dostluq və əməkdaşlıq dövrü başlayır" - deyə Yunanıstan xarci işlər nazirinin müavini Yorqos Katrunqalos bildirib.

Qeyd edək ki, yanvarın 11-də Skopyada parlament Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı Yunanıstanla imzalanan sənədi təsdiqləyib.

Yunanıstan ilə yaşanan böhran, ölkənin Yuqoslaviyadan ayrılaraq 1992-ci ildə Makedoniya adı altında müstəqilliyini elan etməsi ilə başlayıb. Afina, tarixi və mədəniyyəti ilə bərabər tutduğu Makedoniya adının istifadə edilməsinə qarşı çıxıb. Yunanıstanın şimalında Makedoniya adlı bir bölgənin olması, yunanlarda eyni ada malik qonşu ölkənin torpaq iddiası qaldırması narahatlığı yaradıb.

Makedoniya adının dəyişdirilməsi ilə bağlı 2018-ci ilin yanvarında BMT-nin yardımı ilə müzakirələr yenidən başlayıb. Tərəflər Makedoniyanın Şimali Makedoniya Respublikası adlanması üzrə razılaşıblar.