Abel Məhərrəmovun səhhəti ilə bağlı son durum

"Onun nə zaman işə çıxacağı ilə bağlı məlumatsızıq"
Sputnik

BAKI, 13 fevral — Sputnik. Xəbər verdiymiz kimi, ötən gün Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, hazırda Universitetin "Kimya" fakültəsinin kafedra müdiri olan Abel Məhərrəmovun səhhəti pisləşib. O, ürək çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

BDU-nun "Kimya" fakültəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda Abel Məhərrəmovun səhhəti stabilləşib: "Narahatlığa heç bir əsas yoxdur, hər şey qaydasındadır".

"Bu gün işə gəlməyəcək. Lakin onun nə zaman işə çıxacağı ilə bağlı məlumatsızıq" – deyə fakültədən verilən məlumatda əlavə olunub.