Vergilərə dəyişikliklərin QHT-lərə hansı təsirləri olacaq - Auditor açıqladı

Gələcəyə Qayğı İctimai Birliyinin sədri, müstəqil auditor Azər Əliyev deyir ki, gəlir vergisi ödəyicisi olmağın müsbət tərəfləri olmaqla yanaşı, mənfi tərəfləri də var
Sputnik

“Artıq QHT layihələrinə cəlb olunan işçilər sadələşdirilmş vergi ödəyicisi kimi fəaliyyət göstərə bilməyəcəklər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Vergilər məcəlləsindəki dəyişikliklərin QHT-lərin fəaliyyətinə təsiri” tədbirində Gələcəyə Qayğı İctimai Birliyinin sədri, müstəqil auditor Azər Əliyev deyib.

“Sadələşdirilmiş vergi ödəyicisi ictimai-iaşə sektorunda çalışanlar olacaq. Yəni, dəyişikliklərə əsasən bizim cəlb etdiyimiz işçilər gəlir vergisi ödəyicisi olacaqlar. Gəlir vergisi ödəyicisi olmağın müsbət tərəfləri olmaqla yanaşı, mənfi tərəfləri də var. Bundan sonra işçilər dövriyyəsinin 5 faizini vergi ödəyəcəklər.  Martın 1-dən minimum əməkhaqqı180 manat olacağına görə, xidməti müqavilə ilə fəaliyyət göstərən ödəyicilər Dövlət Sosial Müdafiə Fonduna minimum əməkhaqqından müxtəlif faizlərlə ödənişlər edəcəklər” - deyə o bildirib.

Azər Əliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz