CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Prezidentin sərəncamı gələcəkdə əmək haqlarının artırılmasına imkan yaradacaq"

Hadı Rəcəbli: "Azərbaycanda sosial müdafiə məqsədlərinə ayrılan vəsaitin həcminə diqqət etsək, bu rəqəmlərin nə qədər böyük olduğunu görmək mümkündür"
Sputnik

BAKI, 12 fevral - Sputnik. "Azərbaycanda elə həftə yoxdur ki, Prezident tərəfindən sosial məqsədlərə xidmət edən sərəncam imzalanmasın. Belə addımlardan biri minimum əmək haqqının artırılması ilə bağlı imzalanan sərəncamıdır".

Minimum əmək haqqı artırıldı

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentin bu gün keçirilən plenar iclasında deyib. O bildirib ki, ölkə başçısının sərəncamı əsasında əhalinin böyük hissəsi, 600 min nəfər insan əmək haqlarında hiss olunacaq dərəcədə fərq görəcək: "Bu sərəncam gələcəkdə əmək haqlarının artırılmasına imkan yaradacaq".

H.Rəcəbli qeyd edib ki, Azərbaycanda sosial müdafiə məqsədlərinə ayrılan vəsaitin həcminə diqqət etsək, bu rəqəmlərin nə qədər böyük olduğunu görmək mümkündür: "Prezident tərəfindən şəhid ailələrinə verilən müavinət 58 manat artırılaraq 300 manata çatdırıldı. Görülən işlər, atılan addımların hər biri əhalinin rifah halına istiqamətlənib".