BAKI, 12 fevral — Sputnik. İran prezidenti Həsən Ruhani ölkəsinin raket və müdafiə sistemləri istehsal etmək üçün heç kimdən icazə almayacağını və bu silahların istehsalını davam etdirəcəyini bildirib.
Sputnik Azərbaycan "Sözcu"-yə istinadən xəbər verir ki, Ruhani bunu İran İnqilabının 40-cı ildönümü münasibəti ilə Tehranın Azadi meydanında təşkil olunan mərasimdə çıxışı zamanı bildirib.
Əvvəllər silahların yalnız 5%-nin ölkədə istehsal edildiyini xatırladan Ruhani hazırda bu rəqəmin 85-ə çatdığını və bunun Silahlı Qüvvələrin təchizatı üçün kifayət etdiyini xatırladıb.
İran prezidenti, həmçinin inqilab illərinin əvvəlində əhalinin sayının 36 milyon olduğunu, hazırda isə 128% artaraq 82 milyona çatdığını bildirib.