BAKI, 12 fevral — Sputnik. Bakı şəhər sakininin evindəki seyfdən külli miqdarda pul oğurlanıb. Bu barədə Sputnik Azərbaycan-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.
Oğurluğun 49 yaşlı paytaxt sakini V.N.-nın mənzilindən edildiyi məlumdur. Onun mənzilindəki 30-40 sm ölçülü, içində 123 min ABŞ dolları saxlanan seyf naməlum şəraitdə yoxa çıxıb. İlkin məlumata görə, mənzilin sahibi oğurluqda yaxın qohumunun əli olduğundan şübhələnir. Hazırda Nizami RPİ-nin əməkdaşları cinayəti araşdırır. Hələlik faktla bağla heç kim saxlanılmayıb.
Daha bir seyf oğurluğu isə Suraxanı rayonunda qeydə alınıb. Qaraçuxur qəsəbəsi ərazisində yerləşən Rzayev küçəsindəki mağazanın 50-50 sm ölçülü seyfindən isə 4665 manat pul oğurlanıb. Bu faktla bağlı da heç kim saxlanmayıb.
Qeyd edək ki, ötən sutka ərzində paytaxtın hüquq-mühafizə orqanları 53 şəxsi əmlakı oğurlama faktılnı qeydə alıblar, onlardan 5-nin üstü açılıb.