HADİSƏ

Bakıda ər mətbəx bıçağı ilə arvadının başını kəsib

Binəqədi rayon sakini arvadına 18 bıçaq zərbəsi vurub
Sputnik

BAKI, 12 fevral — Sputnik. Patoloqoanatomlar Binəqədi rayonu ərazisində öldürülmüş gənc qadının bədənində 18 bıçaq yarası aşkar ediblər. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Bakıda keçmiş ər-arvad vəhşicəsinə qətlə yetirildi - TƏFƏRRÜAT

Qeyd edək ki, fevralın 11-də gündüz, təqribən saat 13:00 radələrində Bakının İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.

Qətldə onun 49 yaşlı əri Qurbanov Tufan Baba oğlu günahlandırılır. Ehtimala görə, sözügedən tarixdə kişi böyük mətbəx bıçağı ilə arvadına bir neçə bıçaq zərbəsi endirib və onun boğazını kəsib. Sonra qatil 4-cü polis bölməsinə gedərək təslim olub.

Hazırda cinayətin detalları müəyyənləşdirilir. Faktla bağlı araşdırma Binəqədi rayon Prokurorluğunda aparılır.