İQTİSADİYYAT

Manat dəyər qazandı

Rusiya rublunun məzənnəsi isə 0,77% azalaraq  0,0258 manat təşkil edib
Sputnik

BAKI, 12 fevral - Sputnik. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi 0,38% geriləyərək 1,9170 manat, Rusiya rublunun məzənnəsi isə 0,77% azalaraq  0,0258 manat təşkil edib. Bir gürcü larisi 0.6429, 100 İran rialı 0.0040, 1 Türk lirəsi 0.3220 manatdır.

Qeyd edək ki, Mərkəzi Bankın dünənə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi 1,7000, avronun məzənnəsi 1,9243, Rusiya rublunun məzənnəsi isə 0,0260 manat təşkil edib. Bir gürcü larisi 0.6429, 100 İran rialı 0.0040, 1 Türk lirəsi 0.3231 manat olub.