Ermənistanda qalmaqallı istefa gözlənilir - Yüksək post uğrunda mübarizə

Onun istefaya göndərilməsinin vacibliyinə dair ictimai tələblərin formalaşdırılması üçün iş aparılır
Sputnik

BAKI, 12 fevral — Sputnik. Ermənistan Polisinin rəisi Valeriy Osipyan yaxın vaxtlarda tutduğu vəzifədən azad olunacaq. Bu barədə Sputnik Ermənistan "Past" nəşrinə istinadən xəbər verir.

Ermənistanda qalmaqallı istefa gözlənilir - Yüksək post uğrunda mübarizə

Nəşr yazır ki, hazırda Osipyanın istefaya göndərilməsinin vacibliyinə dair ictimai tələblərin formalaşdırılması üçün iş aparılır. Onun, guya öz işinin başında olmadığı bildirilir.

Qeyd olunur ki, Respublika Polisinin rəhbər postu uğrunda ciddi mübarizə başlayıb.

Osipyan baş nazir Nikol Paşinyanın təklifi ilə 10 may 2018-ci ildə Ermənistan Polisinin rəisi təyin olunub. Uzun illər Osipyan Yerevan Polisinin rəis müavini postunu tutub və son illər bütün kütləvi aksiyalar zamanı hüquq-mühafizə orqanlarının işinə rəhbərlik edib.