Baş nazir ali təhsillə bağlı qərar verib

Qərar 2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minəcək
Sputnik

BAKI, 12 fevral — Sputnik. Azərbaycanda ali təhsilin səviyyələri üzrə bəzi ixtisaslaşmalarda dəyişikliklər edilib. Sputnik Azərbaycan Nazirlər Kabinetinə (NK) istinadla xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi olan birinci hissə ləğv edilib.

"Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı" adlı sənədin adında da dəyişiklik edilib və burada ixtisaslaşmalar (bakalavriat səviyyəsinə aid olan 1-ci hissə ləğv edilməklə) yalnız magistratura səviyyəsinə aid edilib.

Qərar 2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minəcək.