BAKI, 12 fevral — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov Birləşmiş Ştatların Venesuelaya qarşı tədbirlərini sərt şəkildə tənqid edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.
"Biz lap əvvəldən Venesuelada bütün siyasi güclərin iştirakı ilə ümummilli dialoq üçün şərtlərin yaradılmasını təklif edən Meksika və Uruqvayın təşəbbüsümü dəstəklədik", - deyə Lavrov finlandiyalı həmkarı Timo Soyni ilə görüşü zamanı bildirib.
O, bildirib ki, Bolivar Respublikasının prezidenti Nikolas Maduro belə bir dialoqa iştirak etməyə hazırdır: "Lakin müxalifət bu təklifi rədd elədi. Görünür dialoqu ABŞ nümayəndələri aparır və mənim fikrimcə, onlar Venesuelada vəziyyəti necə həll etməyə dair fikirlərində utanc hissini itiriblər".
Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.
Yanvarın 26-ı Almaniya, Fransa, İspaniya, daha sonra Böyük Britaniya və Niderland 8 gün ərzində Venesuelada yeni seçkilər keçirilməcəyi təqdirdə Quaydonu müvəqqəti prezident kimi tanıyacaqlarına söz verib.