Venesuela prezidenti orduya göstəriş verib

Təlimlər ölkəyə mümkün hərbi müdaxilə ssenarilərinə hazırlıq xarakteri daşıyır
Sputnik

BAKI, 11 fevral — Sputnik. Venesuela prezidenti Nikolas Maduro ölkənin müstəqilliyinin yubileyinə həsr olunan hərbi təlimlərin keçirilməsinə dair qərar verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə prezident öz "Twitter" səhifəsində məlumat yayıb.

Maduro qeyd edib ki, bu, ölkə tarixində keçirilən ən genişmiqyaslı təlimlər olacaq. Təlimlər 10-15 fevral tarixlərində keçiriləcək. Təlimlər ölkəyə mümkün hərbi müdaxilə ssenarilərinə hazırlıq xarakteri daşıyır.