Təkrar zəlzələ gözlənilirmi - RSXM-dən açıqlama

Vüsalə Rafiqqızı: "Afterşoklardan bəzisi zəlzələnin baş verdiyi ərazilərdə hiss edilə bilər"
Sputnik

BAKI, 11 fevral — Sputnik. "Fevralın 9-u axşam saatlarında Ağsu rayonu ərazisində növbəti yeraltı təkan qeydə alındı. Bu, afterşok idi".

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat katibi Vüsalə Rafiqqızı deyib. Onun sözləriiiiinə görə, həmin zəlzələ 3 bala qədər hiss olunub.

"Biz əvvəllər də dediyimiz kimi, episentrdə zəlzələ ocağı sönənə qədər afterşoklar davam edəcək. Bu afterşokların içərisində hiss olunanları da ola bilər. Ancaq həmin ərazidə 6 baldan yuxarı zəlzələ gözlənilmir. Afterşoklardan bəzisi zəlzələnin baş verdiyi ərazilərdə hiss edilə bilər" - deyə Rafiqqızı vurğulayıb.