İQTİSADİYYAT

Manat yeni həftəyə yeni məzənnə ilə başladı

 Avronun məzənnəsi 0,19% geriləyərək 1,9243 manat olub
Sputnik

BAKI, 11 fevral - Sputnik. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi 0,19% geriləyərək 1,9243 manat, Rusiya rublunun məzənnəsi isə 0,78% artaraq  0,0260 manat təşkil edib. Bir gürcü larisi 0.6429, 100 İran rialı 0.0040, 1 Türk lirəsi 0.3231 manatdır. 

Qeyd edək ki, Mərkəzi Bankın ötən həftənin şənbə gününə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi 1,7000, avronun məzənnəsi 1,9280, Rusiya rublunun məzənnəsi 0,0258 manat təşkil etmişdi. Bir gürcü larisi 0.6428, 100 İran rialı 0.0040, 1 Türk lirəsi 0.3228 manat idi.