İstanbulda helikopter qəzaya uğradı, hərbçilər öldü

Helikopter qəzasında yaralanan 4 hərbçi dünyasını dəyişib
Sputnik

BAKI, 11 fevral — Sputnik. İstanbulda hərbi helikopter qəzaya uğrayıb.

Sputnik Azərbaycan-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, qəza şəhərin Çəkməköy rayonunda baş verib. İlkin məlumatlara əsasən, helikopter texniki nasazlıqlara görə məcburi eniş edərkən qəzaya uğrayıb.

Helikopter qəzasında yaralanan 4 hərbçi dünyasını dəyişib. Bunu şəhərin qubernatoru Əli Yerlikaya deyib.

Hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.